Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazının nə zaman satışa çıxacağını açıqlayıb və onun bəzi texniki göstəricilərini təqdim edib. Qeyd etmək lazımdır ki, Meta Quest 3 hələ iyun ayında anons edilmişdi. Məlumatda qeyd edilib ki, istifadəçilər Meta Quest 3 çərçivəsində təkcə virtual reallıqdan deyil, həmçinin qarışıq reallıq imkanlarından da faydalana biləcəklər. Buna misal olaraq real stol arxasında oturaraq virtual pianinoda ifanı gətirmək olar.

    Meta Quest 2-dən fərqli olaraq Quest 3 daha kompakt ölçülərə sahibdir. O, Snapdragon XR2 Gen 2 prosessoru vasitəsilə çalışır. Cihazın sahib olduğu ekranların hər biri 2064×2208 piksel keyfiyyətindədir və onlar 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. Meta Quest 3 özündə 8 GB RAM-ı birləşdirir. Məlumatda qeyd edilib ki, Quest 2 üçün mövcud olan bütün oyunları Quest 3-də də işə salmaq mümkün olacaq. Beləliklə Meta Quest 3 qarışıq reallıq cihazı 10 oktyabr tarixində 500$ qiymətində satışa çıxacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

iPhone 15-in təqdimat tarixi barəsində məlumat verilib

Apple hal hazırda iPhone 15 smartfon seriyasının təqdimatına hazırlaşır və təqdimat ənənəyə…

Yer kürəsinə ən yaxın olan yeni qara dəliklər kəşf edilib

    Qara dəliklər kəşf edildikləri vaxtdan kainatın ən sirli və valehedici kosmik obyektləri…

iPhone 13 mini smartfonu iPhone mini seriyasının son smartfonu olacaq

    Təqdimatından iki il keçməsinə baxmayaraq Apple şirkəti iPhone 13 mini smartfonunun satışlarını…

Google Bard və ChatGPT zərərli proqram təminatının tərtib edilməsində yardımçı olurlar

    Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botları dələduzlar tərəfindən sui-istifadə hallarının…

OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

    OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds…