Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, InstagramFacebook Messenger-ə əlavə etməklə süni zəka əsaslı çat-botlar yarışına qoşulub. Bundan əlavə olaraq şirkət bir neçə süni zəka personajı ilə ünsiyyət qurmaq imkanını da yaradıb. Həmin süni zəka personajları isə məşhur şəxsləri imitasiya edirlər. Şirkətin əsas çat-botu olan Meta AI ilə ünsiyyət ChatGPT ilə ünsiyyətə bənzəyir. Şirkət onu geniş istifadə imkanlarına sahib universal alət kimi qələmə verir. ChatGPT-də olduğu kimi Meta AI da istifadəçilərin suallarına cavab verə bilir. Bu funksiya Microsoft Bing ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Animation showing Meta AI

    Meta AI real zaman ərzində veb axtarış nəticələrini istifadəçiyə təqdim edir. Bu isə onu internetə çıxışı olmayan digər oxşar sistemlərdən fərqləndirir. Meta AI sisteminin daha bir vacib üstünlüyü də ondadır ki, o, Midjourney kimi fotoların tərtib edilməsini reallaşdıra bilir. Meta AI ilə yanaşı şirkət həmçinin süni zəka personajları layihəsini də reallaşdırıb. Bu personajlardan hər biri məşhur şəxsləri imitasiya edir. Onlara misal olaraq Kendall Jenner, Snoop Dogg Paris Hilton-u gətirmək olar.

    Şirkət Meta AI çat-botunun özünü yaxşı aparması üçün böyük səylər göstərib. Məsələn The Verge saytının jurnalistinin sözügedən çat-botu düzgün olmayan ifadənin təqdim edilməsinə məcbur etmək cəhdlərinə baxmayaraq çat-bot jurnalistin bütün cəhdlərinin öhdəsindən yaxşı gəlib. Qeyd etmək lazımdır ki, Meta AI çat-botu şirkətin Llama 2 adlı böyük dil modeli əsasında çalışır və şirkət sözügedən böyük dil modelində problemli nöqtələrin axtarılıb tapılmasına 6000 saat vaxt sərf edib. Meta AI yaxın günlərdə istifadəyə veriləcək və ilk mərhələdə yalnız ABŞ-da aktiv olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

iPhone 15 Pro Max-ın kameralarından biri barəsində məlumatlar sızdırılıb

    Apple gələn həftənin ikinci günü iPhone 15 smartfon seriyasını təqdim edəcək. Təqdimata…

Xiaomi Pad 6 Max planşetinin nə zaman təqdim olunacağı məlum olub

    Artıq məlumdur ki, Xiaomi gələn ay yeni qatlana bilən smartfonu olacaq Mix…

Twitter-də oxunan tweet-lərin sayına limit tətbiq edilib

    Twitter-də istifadəçilərin gün ərzində oxuduqları tweet-lərin sayı məsələsində müddətli məhdudiyyət tətbiq edilib.…

Apple bu il M3 prosessorlu yeni Mac kompüterlərini təqdim edəcək

    Apple şirkəti hələ keçən ay WWDC 2023 konfransı çərçivəsində M2 Max və…

NASA 2032-ci ilə qədər Ayda faydalı qazıntıların əldə edilməsini planlaşdırır

    Məlum olub ki, NASA 2032-ci ilə qədər Ayda faydalı qazıntıların və digər…