Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini elan edib. Tərəflər arasındakı razılaşma çərçivəsində Amazon şirkəti startapın minoritar hissəsinə sahib olacaq və onun texnologiyalarını öz məhsullarına inteqrasiya edəcək. Anthropic öz növbəsində Amazon tərəfindən sifariş edilmiş çipləri öz gələcək süni zəka modellərinin yaradılmasında, təlimatlandırılmasında və istifadəyə verilməsində istifadə edəcək. Bundan əlavə olaraq startap əsas bulud provayderi qismində Amazon Web Services-dan istifadə edəcək. Məlumata əsasən Amazon-un Anthropic-ə ilk investisiya həcmi 1.25 milyard dollar təşkil edəcək.

    Daha sonra bu məbləğ 2.75 milyard dollara yüksələ bilər. Qeyd etmək lazımdır ki, Google şirkəti Anthropic-in 10%-nə sahibdir. Belə ki, bu ilin əvvəlində şirkət startapa 300 milyon dollar investisiya yatırmışdı. Amazon ilə yeni müqaviləyə baxmayaraq Anthropic Google ilə əməkdaşlığını davam etdirəcək. Qeyd etmək lazımdır ki, sözügedən startap 2021-ci ildə Dario Amodei Daniela Amodei tərəfindən təsis edilib. Startap Claude adlı süni zəka əsaslı çat-botu ilə tanınır. Sözügedən çat-bot ChatGPT tərzində çalışır. Anthropic-in fikrincə ChatGPT-dən fərqli olaraq Claude daha etibarlı və təhlükəsizdir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Redmi Note 13 Pro+ barəsində məlumatlar verilib

    Artıq məlumdur ki, Redmi brendi Redmi Note 13 smartfon seriyası üzərində çalışır…

iPhone 15 Pro-nu almaq üçün müxtəlif ölkə vətəndaşları nə qədər müddət çalışmalıdırlar?

    Picodi adlı servisin analitikləri iPhone indeksini yeniləyiblər. Qeyd etmək lazımdır ki, bu…

Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib – QİYMƏTİ (VİDEO)

    Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart…

iPhone 12-nin satışları digər Avropa ölkələrində də qadağan edilə bilər

    Dünən məlum oldu ki, Fransada iPhone 12-nin satışları qadağan edilib. Səbəb isə…

OnePlus Ace 3 smartfonunun texniki göstəriciləri təqdim edilib

    Hələ təqdim olunmamış OnePlus Ace 3 smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa…