Dünən məlum oldu ki, istifadəçilər artıq iPhone 15 Pro iPhone 15 Pro Max smartfonlarında güclü qızma problemindən şikayətçidirlər. Bəzilərinin fikrincə bu, sözügedən smartfonlarda istifadə edilən A17 Pro prosessoru ilə bağlıdır. Lakin məşhur analitik Ming-Chi Kuo tamamilə fərqli fikirə sahibdir. Onun fikrincə prosessorun qızmasında TSMC yox, Apple şirkəti günahkardır. Analitik bildirib ki, iPhone 15 Pro modellərində 48 dərəcə Selsiyə çatan yüksək temperatur smartfonların sahib olduqları gövdə ətrafı çərçivənin uğurlu olmayan konstruksiyası ilə əlaqəlidir.

    Analitik düşünür ki, Apple yeni smartfonların çəkilərinin aşağı salınması istiqamətində soyutma sisteminin effektivliyini qurban verib. O əlavə edib ki, iPhone 15 Pro modellərində titan materialdan hazırlanmış gövdə ətrafı çərçivənin istifadəsi artıq özü böyük bir səhv olub. Belə ki, bu metalın istilik keçiriciliyi alüminiumun istilik keçiriciliyindən 12 dəfə daha aşağıdır. Analitikin gözləntilərinə əsasən Apple bu problemi proqram təminatı yenilənməsi vasitəsilə qismən aradan qaldıracaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Google Nearby Share tətbiqinin stabil versiyasını kompüterlər üçün istifadəyə verib

    Google yaz fəslində Windows əməliyyat sistemli kompüterlər üçün Nearby Share tətbiqinin beta versiyasını…

Alimlər qalaktikamızda ən yüksək sürətlə hərəkət edən ulduzu kəşf ediblər

    Alimlər Süd Yolu qalaktikasında yüksək sürətlə hərəkət edən 6 yeni ulkduz kəşf…

Youtube reklam bloklayıcılarından istifadə edənlər üçün videoların izlənməsi imkanını bloklayacaq

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Youtube videolarda…

Whatsapp istifadəçiləri mesajları müəyyən müddət üçün çatların yuxarı hissəsinə bərkidə biləcəklər

    Whatsapp tərtibatçıları messencerə faydalı funksiyaları əlavə etməyə davam edirlər. Bu dəfə messencerin…

Büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb

    İnternetdə büdcəli Nokia G42 5G smartfonunun yeni render fotosu ortaya çıxıb. Render…