Hələ təqdim olunmamış Huawei nova 12 smartfon seriyasına daxil olacaq iki model Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış qeyri-rəsmi tizer fotosunda əks olunub. Söhbət, nova 12 və nova 12 Pro-dan gedir. Sözügedən smartfonların dizaynlarından əlavə olaraq onların texniki göstəriciləri də məlum olub. Beləliklə məlumata əsasən adi nova 12 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib kənarları əyilmiş OLED ekranla təchiz olunacaq.

    Smartfon Kirin 830 prosessoru vasitəsilə çalışacaq və özündə 8 MP-lik telekamera ilə 88 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Nova 12 Pro-ya gəldikdə isə o, adi nova 12-nin ekranını əldə edəcək. Üstəlik nova 12 Pro-da ekran Kunlun Glass 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Kirin 9000s prosessoru vasitəsilə çalışacaq və 50 MP + 50 MP + 12 MP üçlü arxa kameraya, biri 60 MP olmaqla ikili ön kameraya və 100 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olacaq. Huawei nova 12 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Microsoft Surface Laptop Go 3 noutbukunun fotoları və texniki göstəricilərə ortaya çıxıb

    Microsoft şirkətinin 21 sentyabr tarixində keçirəcəyi təqdimat tədbiri çərçivəsində yeni Surface cihazları…

Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

    Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək yeniliklər…

Büdcəli Honor Play 40C smartfonu təqdim edilib – QİYMƏTİ

    Honor şirkəti özünün Play seriyasının 5G dəstəkli yeni smartfonunu təqdim edib. Söhbət,…

Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə veriləcək

    Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün…

Xiaomi 13T Pro-nun texniki göstəriciləri barəsində məlumat verilib

    Dünən insayderlər Xiaomi 13T smartfonunun texniki göstəriciləri barəsində bəzi məlumatları təqdim etmişdilər.…