Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunacaq ilk smartfon olmalıdır. Bunun baş verməsinə az müddət qalmasına baxmayaraq Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində məlumatları təqdim etməyə davam edir.

    Bu dəfə insayder Xiaomi 14 Pro smartfonunun kameraları barəsində məlumat verib. Onun sözlərinə əsasən Xiaomi 14 Pro smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Hər bir kamera obyektivi isə 50 MP-lik olacaq. Bununla belə əsas obyektivin kamera sensoru dəyişkən diafraqmalı (f/1.4-f/4.0) olacaq. Üstəlik kamera sensorunun ölçüsü 1/1.28 düym təşkil edəcək. Bundan əlavə olaraq insayder bildirib ki, smartfon Quad HD+ keyfiyyətli AMOLED ekran ilə təchiz olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

NASA özünün NASA+ adlı streaming servisini təqdim edib

    NASA kosmik agentliyi özünün streaming servisini anons edib. Kosmik agentliyin streaming servisi…

SpaceX-in bazar dəyəri 150 milyard dollara yüksələ bilər

    Elon Musk-ın sərvəti əsasən Tesla şirkətinin səhmlərinin dəyərlərinin nə dərəcədə dəyişdiklərindən asılıdır.…

Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

    Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində…

MediaTek Dimensity 9300 flaqman prosessoru ciddi problemlə qarşılaşıb

    MediaTek şirkətinin yaxın zamanda təqdim edəcəyi Dimensity 9300 prosessoru bazarda ən güclü…

Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları ortaya çıxıb

    Keçən həftə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Buds FE adlı…