4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib. MacOS Sonoma-da reallaşdırılmış əsas yeniliklərdən biri də vidjetlərlə bağlıdır. Bundan sonra istifadəçilər vidjetləri əməliyyat sisteminin iş masasına əlavə edə biləcəklər. Aktiv olan pəncərələr zamanı vidjetlərin istifadəçinin diqqətini yayındırmamaları üçün onlar şəffaf olacaqlar və iş masasına quraşdırılmış divar kağızının rəngindən asılı olaraq öz rənglərini dəyişəcəklər. Bundan əlavə olaraq istifadəçilər iPhone cihazlarındakı vidjetləri də macOS Sonoma-ya köçürə biləcəklər. Lakin bunun üçün cihazların bir Wi-Fi şəbəkəsinə qoşulu olmaları lazım gələcək. MacOS Sonoma-nın həcmi 7 GB-a yaxındır və o artıq tədricən istifadəçilər arasında istifadəyə verilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Las-Veqasda sferik formada nəhəng ölçülü ekran inşa edilir (VİDEO)

    Las-Veqasda MSG Sphere adlı konsert zalının inşası artıq tamamlanmaq üzrədir. Bu, dünyanın…

Samsung Galaxy S23 FE-nin növbəti render fotoları təqdim edilib

    Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar internetdə ortaya…

"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

    Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalında…

Hesablamalara görə bütün dünyada ümumilikdə 5 milyard ədəd köhnə mobil telefon mövcuddur

    GSM Association (GSMA) adlı qeyri-kommersiya təşkilatı bir neçə mobil operatorun dəstəyi ilə elan…

Redmi K70 Pro Geekbench testlərindən keçib

    Son günlərdə Redmi Note 13 smartfon seriyasının müxtəlif modelləri Geekbench testlərindən keçiblər.…