İlk dəfə Naxçıvanda ötən aydan etibarən işsizlikdən sığota vəsaiti vətəndaşlara ödənməyə başlanılıb.

Bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib.

O bildirib ki, 17 nəfərə artıq sığorta vəsaiti ödənilib: “İş yerindən ixtisara düşən və qanunla müəyyən olunmuş digər hallarda işçiyə, işini itirmiş şəxsə sığorta verilməlidir. Naxçıvanda ilk dəfə artıq ötən aydan biz sığorta verdik. Qanun layihəsində maddələrdən biri də həmin sığorta vəsaitinin artırılması idi. Çünki az rəqəm nəzərdə tutulmuşdur. Növbəti ildən artıq bütün vətəndaşların, hər kəsin hüququ təmin olunacaq. Burada bir məsələ də var ki, insanlar bu hüquqları barədə bilmirlər. Və maarifləndirmə nəticəsində onlar öz hüquqlarını biləcəklər, işini itirən şəxslər artıq işsizlikdən sığorta vəsaitini qanunun müəyyən etdiyi şərtlər çərçivəsində əldə edəcəklər”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi işdən çıxarılıb.…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…