Azərbaycanda dövlətə məxsus parklanma yerlərindən yığılan ödənişlərin bir hissəsi yığımı həyata keçirəcək qurumlar öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xərcləyə biləcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib.

Yeni qaydaya görə, bu vəsaitin 50 %-ni Daxili İşlər Nazirliyi (DİN), 30 %-ni isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyd edilən məqsəd üçün istifadə edə biləcək.

Qeyd edək ki, ölkə başçısının təsdiqlədiyi qaydaya görə, Bakı şəhərində parklanma vəsaitlərini AYNA, regionlarda isə DİN yığacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi işdən çıxarılıb.…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…