®Yelo Bank ölkəmizdə, xüsusilə regionlarda uşaq futbolunun inkişafı üçün təşəbbüskar addımlarını davam etdirir.  Bankın dəstəyi, Futbolun İnkişaf Fondu və “Şamaxı” Futbol Klubunun birgə təşkilatçılığı ilə növbəti “Yay düşərgəsi” Şamaxıda baş tutdu. Yeddi gün davam edən düşərgə zamanı məktəblilərə vacib həyat bacarıqları təlimi keçirilib, ətraf-mühitin qorunması, şəxsi gigiyena, yol hərəkəti və yanğın təhlükəsizliyi qaydaları haqda müvafiq sahənin mütəxəssisləri tərəfindən məlumat verilib. Həmçinin, iştirakçılara müasir texnologiyalarla bağlı təlim keçirilib. Bununla yanaşı, uşaqlar Azərbaycan və dünya flora və faunası haqqında məlumat əldə etdikdən sonra Şamaxı Üzüm Tingçilik Mərkəzində müxtəlif meyvələr əkiblər.  

Düşərgə zamanı iştirakçılar xüsusi hazırlanmış futbol təlimlərində iştirak ediblər. İştirakçılara futbol qaydaları barədə məlumat vermək üçün peşəkar futbol hakimi dəvət olunub. Düşərgə müddətində uşaqlar üçün Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyalar təşkil olunub. Düşərgə əyləncə proqramı və iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, bu layihə daha əvvəl Naxçıvanda aztəminatlı ailələrin övladları üçün təşkil olunmuşdu. Yelo Bankın əsas məqsədi uşaq yaşlarından idmana sevgini artırmaq, peşəkar uşaq futbolunun inkişafına dəstək olmaqdır.

Mikro biznes krediti (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

DSC 3799 2 scaled image00002 2 scaled image00003 2 scaled image00013 2 scaled

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Prezidentin çıxışı başladı – CANLI

Prezident İlham Əliyev Xankəndidən xalqa müraciət edib.   Banker.az Prezidentin xalqa müraciətini…

Birjadakı səhmlər üzrə dividendlər vergidən azad edilib

“Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq 2023-cü il fevralın 1-dən etibarən…

Azərbaycanın regionlarında vergi yığımı 11% artıb

2023-cü ildə Azərbaycanın regionlarında vergi yığımı 2022-ci illə müqayisədə 11% çox olub.…

İranın BMT-dəki nümayəndəliyi: İsrailə hücumu tamamlanmış hesab etmək olar

İsrailə hücum bu ölkənin hakimiyyətinin İranın Suriyadakı diplomatik obyektlərinə hücumuna qarşı başa…

Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq

Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən…