Bu ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 19 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 1.9 milyon tondan2 çox neft, 2,2 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb.

Banker.az şirkətin yaydığı press-relizə istinadən bildirilir ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7,5 milyon ton4 neft və 11,9 milyard kubmetr5 qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr7 təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan8 çox neft, 5,6 milyard kubmetrdən9 çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona10 yaxın neft, 857 milyon kubmetrə11 yaxın təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 610 min ton12 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 2,5 milyard kub metr13 təşkil edib.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi işdən çıxarılıb.…