Azərbaycanda 2023-cü ilin 1 fevral tarixindən 1 iyula qədər əmanətçilər dövlətə 24 milyon manat üzərində faiz gəlirlərindən vergi ödənişləri ediblər. Buna səbəb isə banklara yerləşdirilən depozitlərin yenidən vergiyə cəlb edilməsidir.

Banker.az-ın apardığı hesablamalara görə hüquqi və fiziki şəxslər qanun qüvvəyə mindiyi 1 fevral tarixindən ilin ilk yarısının sonuna qədər banklardan 240 milyon 440.39 min manat həcmində faiz gəliri əldə ediblər. Bu faiz gəlirlərinin də 201 milyon 353.22 min manatı da müddəti əmanətlərin faizləridir. Statistik göstəriciləri Azərbaycan Mərkəzi Bankı təqdim edib.

Beləliklə, bu depozitlərin faiz gəlirinin cəmi olaraq  24 milyon 44.04 milyon manatı vergiyə cəlb edilmiş olur. Müddətli depozitlər üzrə bu rəqəm isə 20 milyon 135.32 min manatdır.

Şəxslər banklarda depozit iki formada: müddətli və tələbli depozitlər üzrə yerləşdirirlər.

Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Tələbli əmanət –müvafiq müqaviləyə əsasən müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin siz istədiyiniz anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunuzu hesabdan götürə bilirsiniz.

Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi məqsədi 2015-ci ildə baş verən ard-arda devalvasiyalardan sonra hökumət banklardakı depozitləriin faizlərinə tətbiq edilən 10%-lik gəlir vergisindən azad etdi. Bu 7 il üçün nəzərdə tutulmuşdu, lakin cari durumdakı vəziyyəti nəzərə alan hökumət bu vergi güzəştini dayandırmışdı. Bu depozitlər üçün əlavə xərcdir, məsələn, şəxs 10 000 manat bankdakı depozitindən illik 9%-lik (900 manat) faiz gəlirinin 90 manatını dövlətə ödəmiş olur.

Bir çoxları bunun depozit bazarında təsiredici olacağını, hazırkı iki rəqəmli inflyasiya şəraitində və üstəlik bu xərclərin bankda depozit yerləşdirmə marağının azalacağını proqnoz edirdilər, lakin yanıldılar. Belə ki, cari investisiya şəraiti və eləcə də depozitlərin müəyyən hissəsini dövlətin sığortalaması milli valyutada depozitə marağı artırdı. 2023-cü ilin əvvəlindən ilk yarısının sonuna qədər fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 6.3 faiz artımla 6 mlrd. 595.5 mln. manata, hüquqi şəxslərin isə  35% artaraq 3 mlrd. 478.3 mln. manata yüksəlib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi işdən çıxarılıb.…