Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Banker.az zəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

 

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Astanada keçirilən danışıqların…

Yaponiya parlamenti 750 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib

Yaponiya parlamentinin Aşağı Palatasının Büdcə Komissiyası hökumətin 2024-cü maliyyə ili (aprelin 1-dən…

İsraildə fövqəladə vəziyyət elan edilib

İsraildə fövqəladə vəziyyət elan edilib. Hökumət aktiv şəkildə silahlı qüvvələri silahlandırır. Qeyd…

Vyetnam Prezidenti istefa verdi

Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib. Bu barədə “Vyetnamın səsi” radiostansiyası…

Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammitində iştirak edir – CANLI

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənd şəhərində…