Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.

Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb

“Şahdəniz 2” layihəsi çərçivəsində “Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb. Bu barədə bp…

Radioelektron vasitələri istismarı qadağan edildi

Azərbaycanda istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismarı qadağan edilib.…

Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb – Baş nazir

Cari ilin 8 ayında qeyri-neft sektorunda 2.6%, qeyri-neft sənayesində isə 6% artım…

Ordu ilə bağlı cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən şəxslərə qarşı hüquqi tədbirlər həyata keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən cəmiyyətdə təşviş yaratmaq cəhdində şübhəli bilinən…

Kazımovun komandası bu həftə toplaşır – Mərkəzi Bank qərar verir

Azərbaycan Mərkəzi Bankının rəhbərliyi 2024-cü ildə ilk dəfə faizlərə yenidən baxmaq məqsədi…