Publik hüquqi şəxsə çevriləcək Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu və idarəetmə qaydası müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar” qərarında əksini tapıb.

Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu 27 milyon 24 min 23 manatdır.

Nizamnaməyə əsasən Azərbaycan Milli Konservatoriyasının strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla Nazirlik təsdiq edir.

Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

Azərbaycan Milli Konservatoriyasında tədris-metodiki işlərin həyata keçirilməsi üçün

Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmimetodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Azərbaycan Milli Konservatoriyasının cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Prezident: Azərbaycandan Türkiyəyə təbii qazın ixrac həcminin artırılması nəzərdə tutulub

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kub metr təbii qaz ixrac edilib,…

Azərbaycan və İran xarici işlər nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici…

Ermənistan Rusiyaya nota verib

Ermənistan Xarici İşlər Nazirliyi 2 ölkə arasında media kommunikasiyaları sahəsində sazişin pozulması…

Sarkisyana qarşı həbs qətimkan tədbiri geri götürülüb

Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyana qarşı qoyulmuş “buraxmamaq üçün imza” qətimkan…

Qarabağ Universitetinin nizamnamə fondu açıqlandı

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib. Banker.az xəbər…