“Forbes” dünya reytinqində rusiyalı milyarderlərin sayı il ərzində 110 nəfərdən 125 nəfərə yüksəlib.

Bu, dünyanın ən varlı iş adamları siyahısında bütün tarixdə ən yüksək nəticədir. Reytinqdə rusiyalıların sayına görə əvvəlki rekord 2021-ci ildə qeydə alınıb – 123 nəfər.

Məlumata görə, ən zəngin rusiyalı şəxslərin ümumi sərvəti il ​​ərzində 14 faiz artaraq 576,8 milyard ABŞ dollarına çatıb.

Bu göstərici 123 rusiyalı milyarderin ümumi kapitalının 606,2 milyard ABŞ dollarına çatdığı 2021-ci ilin rekord səviyyəsindən aşağıdır.

Rusiyalı iş adamları arasında siyahının lideri “LukOil”un həmsahibi Vahid Ələkbərov olub, onun sərvəti il ​​ərzində 28,6 milyard dollara yüksəlib. Onun ardınca “Novatek”in rəhbəri Leonid Mixelson gəlir, onun kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilir. Üçüncü yeri NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin (26,6 milyard dollar) tutub. Reytinqdə növbəti yerdə “Severstal”ın əsas səhmdarı və şirkətin direktorlar şurasının sədri Aleksey Mordaşov (25,5 milyard dollar) qərarlaşıb. İlk beşliyi “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin (23,7 milyard dollar) bağlayır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ-nin 500 ən dəyərli şirkətlərinin SİYAHISI

ABŞ-nin 500 ən bahalı şirkətləri No. Şirkət (tiker kod) Bazar kapitalizasiyası, mlrd.…

Gürcüstan hava ilə əlaqədar Ermənistan və Türkiyə istiqamətində yolları ağır yük maşınları üçün bağlayıb

İntensiv qarla əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti…

Onların təhsil haqqını dövlət ödəyəcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil…

“Daha bir müharibəyə dözə bilmərik” – BMT

Dünya birliyi daha bir müharibəyə dözə bilməz. Bunu BMT-nin baş katibi Antonio…

Avropa İnvestisiya Bankı Azərbaycana 10 mln. avro kredit xətti ayırıb

Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana 10 milyon avro həcmində kredit xətti ayırıb.…