Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edir.

Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.

Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirirlmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub.

Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Naxçıvanda çörəyin qiyməti ucuzlaşacaq

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox,…