2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində 118 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə təxminən 3.1 dəfə çoxdur.

Bununla da, Sənaye Məhəlləsində məhsul istehsalının ümumi dəyəri 162 milyon manatı keçib.

İndiyə qədər sahibkarlar Sənaye Məhəlləsinə 45.6 milyon manat investisiya yatırıb, 220-dən çox daimi iş yeri yaradıb, mövcud layihələr üzrə əlavə 119 milyon manat investisiya yatırmağı, əlavə 1 500-dən artıq daimi iş yeri yaratmağı planlaşdırılır.

Sənaye Məhəlləsində ümumi investisiya dəyəri 164.5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib, bunun 9-u fəaliyyətə başlayıb.

Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərinin, istilik izolyasiya məhsullarının, plastik qabların, tikinti materiallarının, plastik taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…

Naxçıvanda çörəyin qiyməti ucuzlaşacaq

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox,…