Bakıda qida şirkətinə qarşı kiberhücum edərək dələduzluqda təqsirləndirilən Murad Rzayev və İbrahim Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum olması barədə Daxili İşlər Nazirliyinə məlumatlar daxil olub.

Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi, koordinat məlumatları təyin edilib. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev və İbrahim Ələsgərov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş etməyə müvəffəq olmaqla ələ keçirdikləri məlumatları 60.000 manata satarkən saxlanılıblar.

Onlar məlumat axınının davamlılığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10.000 manat ödəniş tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Vasif Talıbov və oğlu Naxçıvan Ali Məclisinin komitələrinə üzv seçiliblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum…

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya dövlətə xəyanətdə və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda…