Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi təkmilləşdirilib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi məqsədi ilə müəyyən edilmişdi ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, radioaktiv maddələrin istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.

Ancaq dəyişikliklə sənədin 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk rabitə vasitələrinin,” sözləri çıxarılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Vasif Talıbov və oğlu Naxçıvan Ali Məclisinin komitələrinə üzv seçiliblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum…

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya dövlətə xəyanətdə və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda…