“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq.

Hindistan dünyada ilk dəfə lazer interneti tətbiq edən ölkə olmaq məqsədilə işlərə başlayıb. “Google” holdinqə daxil olan “Alphabet” şirkəti Hindistanın əlaqə operatoru “Bharti Airtel” ilə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, lazer internet fiberoptik kabel olmadan yüksəksürətli və etibarlı internet əlaqəsini təmin edir. Lazer internetin faydaları arasında ərazinin coğrafi mövqeyinin önəmsiz olması, kabel quraşdırma və xidmət xərclərinin azalması və internetin daha çox istifadəçiyə çatdırılması qeyd edilə bilər. Hindistanın lazer internet proqramı ölkənin ictimai və iqtisadi inkişafına töhfə vermək niyyətindədir.

Dünyanın ən sıx məskunlaşdığı, əhali sayı 1,5 milyarda yaxınlaşan Hindistanda internet infrastrukturunun yaradılması böyük problemdir. Texnologiya nəhəngi “Google” isə bu məqsədlə fiberoptik kabellər yerinə güclü lazerlərdən istifadə edir. Bu texnologiya peyk internetinə ucuz alternativ ola bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Vasif Talıbov və oğlu Naxçıvan Ali Məclisinin komitələrinə üzv seçiliblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum…

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya dövlətə xəyanətdə və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…