®Expressbank daha 4 vətəndaşın özünüməşğulluq fəaliyyətinə dəstək olub.

Layihə çərçivəsində Bankın əməkdaşları Bakı şəhərinin Binəqədi, Sabunçu və Suraxanı rayonunda yaşayan ailələrlə görüşüb, onların biznes planlarına uyğun avadanlıqlar təqdim ediblər. 

Binəqədi rayonu sakini Solmaz Əsgərova Əjdər qızı, Sabunçu rayonu sakini Aygün Mehtiyeva Asif qızı, Suraxanı rayon sakinləri Aynur Nəcəfpur Məzahir qızı və Nicat Aslanov Xanış oğlu təlim-tədris fəaliyyətləri üçün zəruri ləvazimatlarla təmin edilib. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Layihə müddətində Expressbank 60-a yaxın vətəndaşı müxtəlif avadanlıqlarla təmin edib. 

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Expressbank – İşiniz rahat getsin!

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Naxçıvanda toplanılan gömrük ödənişləri artıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü il ərzində görülmüş işlər…

Baş nazirdən dərman vasitələri bağlı QƏRAR

“Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib. Banker.az xəbər verir ki, bununla bağlı…

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata…

Nazir müavini: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”

Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38.2 min hektar ərazidə…

AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı…