19 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 25 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar aşkar olunub.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 18, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Peşə təhsili haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycan Milli Məclisinin 2023-cü il 2 oktyabr tarixli iclasının gündəliyinə təklif olunan…

ASF: “Bu il Azərbaycanda 6 milyon manat aqrar sığorta ödənişi ediləcək”

Bu il Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən…

Avstraliyanın Baş naziri “ən qısa zamanda” Aİ ilə azad ticarət sazişi imzalamaq istəyir

Avstraliyanın Baş naziri Entoni Albaniz Avropa İttifaqı (Aİ) ilə azad ticarət sazişinin…

Kazımov deyir ki, “Muğanbank”da kompensasiya olunmayan 102 milyon manat əmanətin 61 milyonu 1 fiziki şəxsindir

Lisenziyası ləğv olunmuş “Muğanbank”da kompensasiya olunmayan əmanət 102 milyon manatdır. Bu barədə…

Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq

Gələn ay Azərbaycanla İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq. Bunu İran…