“Kontakt” mağazalar şəbəkəsi sentyabrın 19-u başlayan antiterror tədbirlərində şəhid olan və I qrup əlillik dərəcəsi alan hərbçilərin ailələrinə, həmçinin II qrup əlillik dərəcəsi alan hərbçilərə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət ünvanlayıb:

“Əbədi torpaqlarımızı əzəli sahiblərinə qovuşduran bütün hərbçilərimizə sonsuz ehtiramımızı çatdırır, şəhidlərimizin ailələrinə başsağlığı, yaralılarımıza isə şəfa diləyirik.

–              Şəhid olan müştərilərimizin yaxın ailə üzvlərinə;

–              II qrup əlillik dərəcəsi alan müştərilərimizə;

–              I qrup əlillik dərəcəsi alan müştərilərimizin həm özləri, həm də yaxın ailə üzvlərinə

*6060 – Çağrı Mərkəzimizə məhsul üzrə borcların silinməsi ilə əlaqədar müraciət etmələrini xahiş edirik.

Qeyd: Yaxın ailə üzvləri dedikdə, müştərilərin valideynləri, övladları və həyat yoldaşları nəzərdə tutulur.”

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər yenidən sərtləşdirilə bilər

Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiyməti…

Azərbaycan Avropa ölkələrinə elektrik enerjisi ötürməyə hazırlaşır

Beynəlxalq layihə olan “Cəbrayıl” Enerji Qovşağı vasitəsilə gələcəkdə həm Qarabağda, həm də…

Ərdoğan İranın yeni səfirinin etimadnaməsini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni səfiri Məhəmməd Həsən Həbibullahzadəni Prezident…

Azərbaycanda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alanların sayı açıqlanıb

Mövcud qanunvericiliyə uyğun olaraq beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq…

Rusiya benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq edib

Rusiya benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq edib, Banker.az bu…