Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından verilən məlumata görə, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.

Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Məzuniyyət dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin tənzimlənməsi

Təcrübədə rast gəlinən hallardan biri də işçinin məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi zamanı…

Siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarında dəyişiklik edilib

“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilib. Banker.az xəbər verir ki,…

Bakıda inzibati xəta törətmiş şirkət cərimələnib – ₼20 000 üzərində cərimə

“Fiesta Group” MMC-yə ötən ilin yayında yazılmış cərimə protokolla bağlı məhkəmə bu…

Sabah Biləsuvarın 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

Sabah Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Biləsuvar qaz paylayıcı…

OPEC 2023-cü ildə qlobal neft tələbatının artacağını gözləyir

OPEC 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən saxlayıb…