“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumu Trans-Adriatik Boru Kəməri (TAP) infrastrukturunun hər bir elementini qiymətləndirmək üçün 2024-cü ildə boşluqla bağlı təhlil aparacaq.

Bunu TAP-ın icraçı direktoru Luka Skieppati İtaliyada keçirilən Enerji Sammitində çıxışı zamanı deyib.

“Biz 2027-2028-ci illərə qədər “yaşıl molekul” da nəzərə alınmaqla illik təbii qaz nəqlinin həcmini 20 milyard kubmetrdən çox artırmaq niyyətindəyik. İnfrastrukturumuzun dayanıqlı olub-olmadığını başa düşmək üçün hidrogeni sınaqdan keçiririk”, – L. Skieppati vurğulayıb.

Onun sözlərinə görə, hazırda Albaniya və Yunanıstanda biometanın imkanları sınaqdan keçirilir: “Əgər bu sınaqlar uğurlu olarsa, o zaman onu boru kəmərlərimizə vura biləcəyik”.

İcraçı direktor qeyd edib ki, bu il TAP vasitəsi ilə artıq 5 milyard kubmetrdən çox təbii qaz nəql olunub: “TAP interkonnektor vasitəsilə Bolqarıstanla yaranmış əlaqə sayəsində Avropanın iki coğrafi ərazisini birləşdirən infrastruktura strateji əhəmiyyət verir”.

Qeyd edək ki, TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya nəqli üçün nəzərdə tutulub.

2022-ci ildə Azərbaycan təbii qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr təbii qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.

Xatırladaq ki, Azərbaycan təbii qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara TAP vasitəsilə tədarükünə 2020-ci il dekabrın 31-dən start verilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Dünyada ilk dəfə lazer internet tətbiq olunacaq

“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Hindistan dünyada ilk dəfə lazer…

ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir

“ABŞ istənilən vasitə ilə Venesuela neftini ələ keçirmək istəyir”. Bunu köşə yazarı…

Naxçıvanda çörəyin qiyməti ucuzlaşacaq

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox,…

Əli Əsədov iclas keçirdi – Tıxac problemi müzakirə olundu

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə,…

Polşa ABŞ-dan 15 milyard dollarlıq “Patriot” sistemləri alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə…