Namazın səcdəsində gərək səcdə edilən yerlə insanın alnının arasında maneə olmasın. Yəni insanın alnı səcdə edilən yerin səthinə tam toxunsun. Arada maneə varsa, onu tamamilə ortadan götürmək lazımdır. Məsələn, insanın alnına nəsə yapışsa, saçı qalın şəkildə alınla möhürün arasında qalsa, möhürün üzərinə nə isə düşsə, bu, səcdənin düzgün sayılmasına maneə olar. Möhürün üzəri ciddi şəkildə ləkələnsə, belə ki, səcdə zamanı alın möhürə deyil, aradakı həmin ləkə qatına dəysə, bu cür möhürün üzərinə səcdə etmək də düzgün deyil. Bəzən möhürdən həddən artıq uzun müddət ərzində və səliqəsiz şəkildə istifadə ediləndə, alındakı kirlər də möhürün üzərinə yapışır. Bu halda möhürün üzərini qaşıyıb təmizləmək lazımdır.
Amma çox vaxt sadəcə olaraq rütubətin təsirindən möhürün rəngi qaralır. Belə ki, dəstəmaz suyundan alına süzülən damcılar və alındakı tər damlaları möhürün üzərinə hopur və rəngini dəyişdirir. Bu cür möhürün üzərinə səcdə etmək düzgündür. Səliqə naminə aradabir möhürün üzərini ehtiyatla qaşımaq məsləhətdir. Möhürün tərkibində Kərbəla (və ya Məşhəd) türbəti olduğu üçün, qaşınmış tozun murdar yerə tökülməsinin qarşısını almaq lazımdır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rüşvət – Ən böyük ictimai bəlalardan biri

Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!…

Ağızda saqqız olduğu halda dəstəmaz almaq və namaz qılmaq batildirmi?

Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib.…

Yeni doğulan körpə üçün nə etmək məsləhətdir?

Ailədə uşaq doğulur, ata-ananın doqquz aylıq intizarına son qoyulur. Məsələyə dini baxımdan…

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən…

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?

Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz.…