İslam şəriətinə görə yalnız əti yeyilən və şəriətdə nəzərdə tutulmuş şəkildə başı kəsilən heyvanın əti, dərisi pak (təmiz) olur. Əks halda heyvanın dərisi də, əti də murdardır, nəm halda dəydiyi yeri də murdar edir. Namaz qılan zaman bu şərtlərə xüsusi riayət etmək lazımdır. Çünki namaz qılan şəxsin bədəninin və paltarının pak olması vacib şərtdir. Əgər namaz zamanı bədən və paltar murdarlığa bulaşarsa, namaz batil sayılar. Çində və ya başqa qeyri-msəlman ölkələrində təbii dəridən hazırlanmış ayaqqabıların şəriətə uyğun olaraq kəsilən heyvan dərisindən olması şübhəlidir. Adətın həmin ölkələrdə şəriətə uyğunsuz kəsilən və ya ümumiyyətlə əti yeyilməyən heyvanların dərisindən istifadə olunur. Bu cür ayaqqabını geyinmək öz-özlüyündə günah deyil, amma ayaq tərləyəndə və ya hər hansı başqa rütubət yarananda dərinin nəmliyi ayağa və coraba keçir, oradakı nəmlik vasitəsilə də başqa yerlərə ötürülür. Murdarlığa bulaşmış bədənlə və paltarla namaz qılmaq isə olmaz. Ona görə də bu cür ayaqqabıları geyinməmək məsləhətdir. İstisnalar ola bilər, qeyri-müsəlman ölkəsindən gətirilmiş ayaqqabının pak dəridən (yəni bismillahla kəsilmiş mal dərisindən) tikildiyi dəqiq məlum olarsa, ondan istifadə etməyin heç bir maneçiliyi yoxdur. Eyni hökm kəmərlərə, papaqlara da şamildir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rüşvət – Ən böyük ictimai bəlalardan biri

Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!…

Yeni doğulan körpə üçün nə etmək məsləhətdir?

Ailədə uşaq doğulur, ata-ananın doqquz aylıq intizarına son qoyulur. Məsələyə dini baxımdan…

Ağızda saqqız olduğu halda dəstəmaz almaq və namaz qılmaq batildirmi?

Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib.…

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən…

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?

Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz.…