Şəriət hökmlərində insan ya özü ictihada çatmalı (müctəhid olmalı), ya təqlid edilmək üçün şərtlərə sahib olan müctəhidə təqlid etməli, ya da ehtiyata uyğun davranmalıdır (tarix boyunca hətta bir müctəhid bir əməli vacib sayıbsa onu mütləq yerinə yetirməli, bir müctəhid bir əməli haram bilibsə ondan mütləq çəkinməlidir). Özü ictihada çatmaq və ehtiyata əməl etmək çətin olduğu üçün ən rahatı odur ki, müctəhidə təqlid edilsin. Bəzən insanlar bilməyərəkdən öz ibadətlərini təqlidsiz yerinə yetirirlər. Ya onlara vaxtında təqlidin vacib olduğu başa salınmır, ya da təqlid etmək üçün müctəhid seçimində səhlənkar davranırlar. Lakin bu, düzgün hərəkət deyil. Vacib olan ibadət əməllərində, eləcə də tez-tez qarşıya çıxan bəzi məsələlərdə təqlidsiz davranmaq bəzən hətta bu ibadətlərin batil olması və günaha yol verilməsi ilə nəticələnə bilər. Əgər insan öz ibadətlərini təqlidsiz yerinə yetirir, sonra təqlidin vacib olduğunu anlayırsa, gərək etdiyi əməlləri həmin zaman təqlid etməsi lazım gələn müctəhidin fətvaları ilə yoxlasın. Əgər əməlləri həmin müctəhidin fətvalarının çərçivəsində olubsa, yəni onun fətvaları baxımından ibadətləri batil sayılmırsa, problem yoxdur. Əks halda, batil olmuş ibadət əməllərini yeniləməlidir (qəza etməlidir).

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rüşvət – Ən böyük ictimai bəlalardan biri

Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!…

Yeni doğulan körpə üçün nə etmək məsləhətdir?

Ailədə uşaq doğulur, ata-ananın doqquz aylıq intizarına son qoyulur. Məsələyə dini baxımdan…

Ağızda saqqız olduğu halda dəstəmaz almaq və namaz qılmaq batildirmi?

Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib.…

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən…

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?

Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz.…