Bu ad altında mərsiyələrdə əsasən İmam Həsənin (ə) oğlu Qasim nəzərdə tutulur. Xalq təfəkküründə imamlar, xüsusilə ilk 3 imam “şah” ləqəbinə sahibdir, ona görə də onların övladlarını da bəzən şahzadə adlandırırlar. Unutmayaq ki, Qasim həm də irfanda və klassik ədəbiyyatda ərənlərin şahı (Şahi-mərdan) və vilayət şahı (Şahi-mərdan) adlandırılan İmam Əli ibn Əbutalibin (ə) nəvəsidir.
Mərsiyələrdə imamzadə Qasimlə bağlı bəzi motivlərə sıx işarə edilir. Məlumdur ki, Qasim İmam Hüseynin (ə) Kufəyə səfəri zamanı yeniyetmə yaşlarında olmuş, Aşura günündə israrla döyüş meydanına çıxmağı xahiş etmiş və şücaətlə döyüşərək şəhadətə yetmişdir. Onun yeniyetmə yaşında şəhid olması mərsiyələrdə xüsusi qabardılır. Həmçinin, qeyri-mötəbər məlumatlara görə, Kufə yolunda ikən İmam Hüseyn (ə) öz qızının kəbinini Qasimə kəsmiş, hətta mərsiyə və rovzələrdə deyildiyinə görə Aşura gecəsində onların toyunu təşkil etmişdir. Bu səbəbdən xalq ənənəsində məhərrəmlik günlərində toy otağını simvolizə edən “Qasim otağı” bəzədilir və orada mərsiyə deyilir. Bir daha qeyd edirik ki, Qasimin Aşurada şəhadətə çatması qəti həqiqət olsa da, onun toyu ilə bağlı yazılanların və bununla bağlı yaranmış bəzi məhərrəmlik elementlərinin tarixi və məntiqi əsası yoxdur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?

Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz.…

Rüşvət – Ən böyük ictimai bəlalardan biri

Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!…

Əmr Bil-Məruf və Nəhy ənil-münkər – xeyir və bəlaların mənbəyi

Ərəb dilindən tərcüməsi «yaxşı (bəyənilən) işlərə çağırmaq və pis işlərdən çəkindirmək» mənasını…

Ağızda saqqız olduğu halda dəstəmaz almaq və namaz qılmaq batildirmi?

Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib.…

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən…