Xaç xristinlığın əsas atributlarından biridir və “İncil”lərdə məlumat verildiyi kimi Həzrət İsanın (ə) çarmıxa çəkilməsini simvolizə edir. (Qeyd edək ki, İslam dini Həzrət İsa Peyğəmbərin (ə) çarmıxa çəkilməsi barədə xristian inancını qəbul etmir). Xristianlığın müxtəlif cərəyanlarına məxsus olan xaçların quruluşu da fərqlidir. Məsələn, katolik və pravoslav kilsələrinə məxsus xaçlar arasında bəzi fərqlər vardır. Pravoslav xaçlarının aşağı hissəsində, uzun üfüqi dirəyin altında nisbətən qısa köndələn dirək olur. Bunun mənası iki cür açıqlanır. Bu izahların biri tarixi məlumatlara, digəri isə “İncil”ə əsaslanır. Birinci izaha görə, keçmişdə çarmıxa çəkilən insanların ayaqlarını qoyması üçün çarmıxın aşağı hissəsində qısa üfüqi dirək olurdu. Çarmıxdakı şəxs ayaqlarını onun üzərinə qoyurdu ki, bədənin ağırlığı altında əzələlər dartılmasın. Amma bəzən həmin dirəyi tam üfüqi deyil, köndələn edirdilər ki, adam müvazinətini ardıcıl saxlaya bilməsin və daha artıq əziyyət çəksin.
İkinci izaha görə, İsa (ə) ilə birlikdə iki nəfər quldur da çarmıxa çəkilmişdi, onların birinin çarmıxı İsanın (ə) sağında, o birisinin çarmıxı isə solunda yerləşirdi. İsanın (ə) sağ tərəfində olan günahkar ona iman gətirdi və bu şəkildə öldü. Sol tərəfdəki quldur isə ölənə kimi ona məsxərə etdi. Xristian inancına kimi, bunların birincisi cənnətə, ikincisi cəhənnəmə getmişdir. Köndələn dirəyin yuxarı ucu cənnəti, aşağı ucu isə cəhənnəmi göstərir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?

Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz.…

Rüşvət – Ən böyük ictimai bəlalardan biri

Rüşvətin haram olduğunu bildirən ayələr 1. “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin!…

Əmr Bil-Məruf və Nəhy ənil-münkər – xeyir və bəlaların mənbəyi

Ərəb dilindən tərcüməsi «yaxşı (bəyənilən) işlərə çağırmaq və pis işlərdən çəkindirmək» mənasını…

Ağızda saqqız olduğu halda dəstəmaz almaq və namaz qılmaq batildirmi?

Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib.…

Namazın sözlərini təkrarladıqda nə isə etmək lazımdırmı?

İnsan namazın əməllərinə diqqətlə yanaşmalı, namaz qılan zaman əlavə hərəkətlərdən və sözlərdən…