Baş Prokurorluq Media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq. Şərqi Azərbaycan…

Almaniya bu ilin birinci rübündə 5 milyard avroluq silah ixracını təsdiqləyib

Almaniya hökuməti 2024-cü il yanvarın 1-dən martın 27-dək xaricə 4,89 milyard avro…

Zərərlilik dərəcəsi – Sığortaçıda zərərliliyə daimi nəzarət niyə vacibdir?      

ZƏRƏRLİLİK DƏRƏCƏSİ,  YAXUD ZƏRƏR NİSBƏTİ – Sığortaçıda zərərliliyə daimi nəzarət niyə vacibdir?…

Qeybə çəkilən nazirlər

Çin müdafiə naziri Li Şanqfunun (Li Shangfu ) əvvəlcə yoxa çıxdığı, daha…

Bu universitet publik hüquqi şəxsə çevrildi

Publik hüquqi şəxsə çevriləcək Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu və idarəetmə qaydası…