Kənd təsərrüfatı fəaliyyətindən azadolmalar fiziki və hüquqi şəxslərin xaricdə əldə etdiyi kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə də şamil edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda, həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin yanvarın 1-dən, gəlir vergisindən isə müddətsiz azad edilib.

Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulan vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünüməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir.

Qeyd olunanlara əsasən, Azərbaycan hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulan azadolmalar tətbiq edilmir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

İtaliya Rusiyanın 2.5 milyardlıq aktivlərini dondurdu

İtaliya Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyaya məxsus aktivlərin 2.5 milyard dollarlıq hissəsini dondurub. …

Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…