İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” dövlət standartı qəbul edilib. 

Banker.az xəbər verir ki, dövlət standartı Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlində təsdiqlənən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək hazırlanıb. 

Bu standart birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qravitasiya və təzyiq altında nəzərdə tutulan infuziya ləvazimatlarında istifadə edilən əks klapanların tələblərini müəyyən edir. Standart ölkə ərazisinə idxal və istehsal olunan infuziya ləvazimatlarının keyfiyyətinin artırılmasına, nəticədə insan sağlamlığına töhfə verəcək. 

2017/745 saylı “Tibbi avadanlıqlar” reqlamentinin istinad standartı olan ISO 8536-12:2021 “Infusion equipment for medical use — Part 12: Check valves for single use”. standartının autentik tərcüməsi əsasında hazırlanan AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks klapanlar” Dövlət Standartı İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

İtaliya Rusiyanın 2.5 milyardlıq aktivlərini dondurdu

İtaliya Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyaya məxsus aktivlərin 2.5 milyard dollarlıq hissəsini dondurub. …

Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…