İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üçün Avropa İttifaqının (Aİ) “REPowerEU” yaşıl enerji sxemindən maliyyə dəstəyi almağı planlaşdırır.

“Snam” şirkəti Aİ-yə karbon qazının tutulması, ölkədə saxlanc sisteminin genişləndirilməsi və TAP-ın gücünün artırılması ilə bağlı üç investisiya layihəsi təqdim edib.

Var qüvvəsi ilə Avropa İttifaqının COVID-dən sonrakı bərpa üçün yaradılmış fondundan 2026-cı ilə qədər 191,5 milyard avro (210,59 milyard ABŞ dolları) xərcləməyə çalışan İtaliya hökuməti həmin bu vəsaitin bir hissəsini “REPowerEU” layihələrinə yönəltmək istəyir.

Hökumətin dərc etdiyi sənədə əsasən, rəsmi Roma “REPowerEU” çərçivəsində ümumilikdə 19 milyard avro (21 milyard ABŞ dolları) xərcləyə bilər, eyni zamanda Brüssel tərəfindən təsdiq edilməli olan təklifə əsasən “Snam” layihələrinə 400 milyon avrodan çox vəsait ayrılacaq.

“Sentyabrın sonu və ya oktyabrın sonuna qədər təqdim etdiyimiz layihələr üçün mövcud vəsait haqqında daha çox məlumat əldə edə bilərik”, – “Snam”ın Baş direktoru Stefano Venyer deyib.

Qeyd edək ki, “Snam” şirkəti TAP-ın digər səhmdarları – Britaniyanın BP, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Belçikanın “Fluxys” və İspaniyanın “Enagas” şirkətləri ilə birlikdə bərabər paya (20 %) malikdir.

Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Şöbə müdirinə “Land Rover”, 18 min manatlıq geyim aldım” – MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin tabeliyində olan Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi, polkovnik-leytenant…

Azərbaycanda 23 min 160 nəfərin maaşı artıb – MƏBLƏĞLƏR

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Banker.az xəbər verir ki, bu barədə Məktəbəqədər…

Dünya üzrə smartfonların satışında artım qeydə alınıb

Oktyabr ayında dünya üzrə smartfon satışı 2022-ci ilin eyni dövrü ilə müqayisədə…

ABŞ İran və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiya Federasiyasına yardım etdiyi iddiası ilə İran, Çin və BƏƏ-nin fiziki…

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə…