Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək xahişlərinə məhəl qoymayıb.

Bu barədə “The Wall Street Journal” diplomatik mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ baş tutmayıb. Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Türkiyənin Moskvadakı səfirliyində çalışmış keçmiş yüksək səviyyəli diplomat  Gülru Gezer deyib ki, o, “Putin Ərdoğana əvvəlki qədər güvəndiyinə” inanmır. Onun fikrincə, Rusiya tərəfi və xüsusən də Kreml Türkiyə prezidentinin “düşüncə tərzini şübhə altına alır”. Gezer Rusiya liderinin “zənglərə (xarici dövlət başçılarından) cavab verməməsini” də qeyri-adi adlandırıb.

Bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib .

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

İtaliya Rusiyanın 2.5 milyardlıq aktivlərini dondurdu

İtaliya Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyaya məxsus aktivlərin 2.5 milyard dollarlıq hissəsini dondurub. …

Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…