“Abituriyent” jurnalının 3-cü nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.

Bildirilib ki, ötən illərdə formalaşmış keçid balları ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı ötən illərdə formalaşmış keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdə saxlamalıdırlar.

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas ixtisas seçimi 31 iyul – 7 avqust tarixlərində aparılacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

MİDA Naxçıvanda sosial evlər tikəcək

Azərbaycanın daha bir bölgəsində sosial evlər tikiləcək. Banker.az xəbər verir ki, Mənzil…

Bolqarıstan Rusiya neftinin LUKOIL zavoduna tədarükünü qadağan edəcək

Bolqarıstan Rusiya neftinin yerli LUKOIL neft emalı zavoduna tədarükünü qadağan edəcək. Bu…

Yanğına görə bu yolda hərəkət dayandırıldı

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan…

Assosiasiya: “Turizm şirkətlərinin 96%-i Bakıda yerləşir”

Azərbaycanda fəaliyyət göstərən 2 mindən çox turizm şirkətlərinin 96%-i Bakıda yerləşir. Bunu…

“Bu il maliyyə hesabatlarındakı təhriflərin məbləği ₼290 mln.-u ötüb”

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Hesablama Palatası tərəfindən aparılmış maliyyə hesabatlarının auditi…