“Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

İtaliya Rusiyanın 2.5 milyardlıq aktivlərini dondurdu

İtaliya Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyaya məxsus aktivlərin 2.5 milyard dollarlıq hissəsini dondurub. …

Nazarbayev daha bir statusdan məhrum edildi

Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…