Parklanma yerlərindən 100 metr yaxınlıqda yaşayan vətəndaşlar üçün parkinq pulsuz olacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumatda bildirilib ki, parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Mercedes-Benz” Almaniyadakı bütün avtosalonlarını satır

Avtomobil istehsalçısı “Mercedes-Benz” Almaniyadakı bütün avtomobil salonlarını satmaq niyyətindədir. Bu barədə şirkət…

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan arasında sülh perspektivlərini müzakirə edib

Oktyabrın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici…

Naxçıvanın 2024-cü il büdcəsi haqqında qanun təsdiq edildi

Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edilib. Naxçıvan…

Nikahların sayı azalıb, boşanmaların sayı artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah…

Gələn il Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq

2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq. Bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların…