Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Litvaya işgüzar səfərinə icazə verməyib.

Bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib.

“Gürcüstan Prezidentinin aprelin 10-dan 12-dək Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri rədd edilsin”, – sənəddə deyilir.

Qeyd edək ki, Prezidentin “Gürcü Arzusu” partiyasının iqtidarda olduğu hökumətlə münasibətləri Ukraynada müharibə başladıqdan sonra ən aşağı həddə çatıb. Prezident Zurabişvili hökuməti Kiyevə yetərincə dəstək vermədiyinə, Moskva ilə yaxınlaşmasına və ölkənin Avropaya inteqrasiyası istiqamətində zəif səylərə görə tənqid edir. Hökumət isə Prezidentin xarici səfərlərini əngəlləməyə başlayıb və bunu Prezidentin verdiyi bəyanatlarla ölkəyə zərər vurması ilə əlaqələndirir.

Prezident Salome Zurabişvili artıq bir neçə dəfə şəxsi vəsaiti hesabına Avropaya ezamiyyətə gedib.

Bir il əvvəl də Zurabişvili hökumətin icazəsi olmadan Litvaya və digər Baltikyanı ölkələrə səfər edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qarabağda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası…

General nazir müavini təyin edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri,…

Nazir: Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik

Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik. Bunu əmək və əhalinin sosial müdafiəsi…

Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub

Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub. Bu…

Nazir: “Sahibkarlığın İnkişafı Fondu 2.8 milyard manatdan çox güzəştli kredit verib”

“2003-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 2,8…