Cari ilin birinci rübündə hasilat üzrə müəyyən edilmiş kvotalarına tam əməl etməyən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları 30 aprel 2024-cü il tarixinədək təfərrüatlı kompensasiya planlarını Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Katibliyinə təqdim edəcəklər.

Bu barədə OPEC-in “OPEC+” (OPEC və qeyri-OPEC iştirakçıları daxildir – red.) Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 53-cü iclasının nəticələrinə dair yaydığı məlumata istinadən xəbər verilir.

Məlumata əsasən, Komitə İraq və Qazaxıstanın tam uyğunluğa (hasilat üzrə – red.) nail olmaq, eləcə də artıq istehsala görə kompensasiya etmək vədini alqışlayıb. Komitə həmçinin Rusiyanın ikinci rübdə neft ixracının könüllü azaldılmasından hasilatın azaldılmasına keçməsi qərarını alqışlayıb.

Bununla yanaşı, JMMC 2024-cü ilin yanvar və fevral ayları üçün xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və Əməkdaşlıq Bəyannaməsinin (DoC) iştirakçısı olan OPEC və qeyri-OPEC ölkələri üçün yüksək uyğunluğu qeyd edib.

Qeyd olunur ki, JMMC-nin növbəti iclası (54-cü) 01 iyun 2024-cü il tarixinə planlaşdırılır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qarabağda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası…

Bu rayonlarda üç gün qaz olmayacaq

Bu gün Ağdaş və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.…

Daha bir Avropa ölkəsi ehtiyaclarını ödəmək üçün Azərbaycan qazını almağa başlayacaq

Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi…

Azərbaycanın dərman bazarında 15% ucuzlaşma gözlənilir

Bu gün Pirallahı Sənaye Parkında təməli qoyulmuş “Gen Pharma Caucasus Manufacturing Operations”…

Misirdə dizel və benzinin qiymətləri artıb

Misir hakimiyyəti Mərkəzi Bankın uçot dərəcəsini artırması və milli valyutanın sərbəst məzənnəsinin…