Ölkənin aparıcı holdinqlərindən olan PAŞA Holding, BMT-nin İqlim Dəyişikliyi Konfransı  və dayanıqlı inkişaf  üzrə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir.

Belə ki, şirkət öz dayanıqlılıq və iqlim dəyişikliyi baxışı çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan “29 İqlim söhbəti: COP29-a gedən yol” müzakirələr silsiləsinə qoşulub.

Sözügedən müzakirələr qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətində bütün maraqlı tərəfləri bir araya gətirərək dialoq qurmaq məqsədi daşıyır. “29 İqlim söhbəti: COP29-a gedən yol” çərçivəsində maarifləndirmə, əməkdaşlığın təşviqi və mövcud ekoloji problemlərin həlli üçün effektiv ideyaların təşviqinə yönəlmiş bir sıra tədbirlər həyata keçirilir.

PAŞA Holding, öz növbəsində, bu müzakirələrə qoşularaq PAŞA Qrup şirkətlərində çalışan əməkdaşlar, yerli və beynəlxalq media, şirkətin tərəfdaşları və digər auditoriyalar üçün bu seminarların təşkilini və seminarda BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin iştirakını təmin edəcək.

Qeyd edək ki, PAŞA Holding dayanıqlılıq baxışı çərçivəsində əlavə təşəbbüslərdə də iştirak etməyi planlaşdırır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycan svop əməliyyatları çərçivəsində neft və qazın idxalına vergi güzəşti tətbiq edib

Azərbaycan bu gündən svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalını 3 il…

ABŞ Rusiyanın Beynəlxalq Taxıl Şurasının iclasında iştirakına icazə verməyib

ABŞ hakimiyyəti rus diplomatların Beynəlxalq Taxıl Şurasının yanvarın 24-də Nyu-Orleanda (Luiziana) keçiriləcək…

Azər Qərib şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oralar” MMC-ni dövlət qeydiyyatına alıb. Banker.az…

Sabah ölkənin bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev,…

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq. Şərqi Azərbaycan…