Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanlarının icazəsi olmadan Jukovskidən Bakıya aviabiletləri satışa çıxaran “Ural Hava Yolları” Azərbaycan tərəfi və Rusiya Federasiyasının aviasiya qurumları ilə razılaşdırmadan müstəqil şəkildə qərar qəbul edib.

Bu barədə Azərbaycanın aviasiya qurumları tərəfindən “Ural Hava Yolları” aviaşirkətinin Jukovski–Bakı marşrutu üzrə reysinin ləğvi ilə bağlı sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Qeyd olunub ki, 2024-cü il fevralın 8-də Rusiyanın bir sıra internet xəbər saytlarında bu barədə yayılan məlumatlar təhrif olunub.

RİNN bəyan edir ki, aviaşirkətin Jukovskidən Bakıya uçuşlar üzrə sorğusu 2024-cü il yanvarın 23-də razılaşdırılmaq üçün daxil olub. Azərbaycanın daxili prosedurlarına uyğun olaraq uçuşlara icazə üçün aviaşirkətin sorğusuna dövlət mülki aviasiya orqanları tərəfindən baxılır. İndiyədək Azərbaycanın dövlət mülki aviasiya orqanları tərəfindən Jukovski–Bakı reysi üzrə hər hansı qərar qəbul edilməyib və “Ural Hava Yolları” aviaşirkətinə müsbət və ya mənfi cavab verilməyib.

“Ural Hava Yolları” aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmək üçün Azərbaycan hökumətindən icazə alınması qaydaları və müddəti barədə məlumatlı olub, çünki bir ay əvvəl Yekaterinburqdan Bakıya uçuşlar üçün Azərbaycandan icazəni rəsmiləşdirib. Bundan başqa, fevralın əvvəlində aviaşirkət prosedurları həyata keçirdikdən sonra Samaradan Bakıya uçuşlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda slot (əvvəlcədən icazə tələb edən prosedur) razılaşdırılıb”, – RİNN bildirib.

Həmçinin vurğulanıb ki, Azərbaycanın dövlət mülki aviasiya orqanlarının qadağası və “Ural Hava Yolları” aviaşirkətinin guya uçuşlar üçün əvvəlcədən icazə alması barədə istənilən istinadlar internet xəbər resurslarının oxucularında çaşqınlıq yaradır və Jukovski–Bakı reysinin sərnişinlərinə qarşı hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsi QAYDASI dəyişir

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya…

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…