“Financial Times”ın istinad etdiyi araşdırma təşkilatı “BankRegData”nın məlumatına görə, 2023-cü ilin dördüncü rübündə ABŞ-ın bank sektorunda ümumi mənfəət illik müqayisədə təxminən 45% azalaraq 38 milyard dollar təşkil edib. Bu, 2020-ci ildən bəri ümumi rüblük mənfəətdə ən böyük azalmadır.

Tədqiqatçılar bunu onunla izah edirlər ki, ilin son rübündə banklar ilin əvvəlində ABŞ-ın regional banklarının böhranı ilə bağlı xərclərin birdəfəlik silinməsini həyata keçiriblər. ABŞ-ın ən böyük banklarının depozitlər üçün dövlət xərcləri 16 milyard dollar olub. Həmçinin son rübdə banklar problemli kreditlərin xərclərini ödəmək üçün cəmi 5 milyard dollar, qiymətli kağızlarla əməliyyatlar nəticəsində yaranan zərərləri ödəmək üçün isə 4 milyard dollar ayırıblar.

İşdən çıxarılan işçilərin kompensasiyası ilə bağlı xərclər də artıb. 2023-cü ilin sonunda ABŞ-da tam ştatlı bank işçilərinin sayı 45 min nəfər azalıb.Təkcə “Wells Fargo” bankının dördüncü rübdə məcburi və gözlənilməz işçi ixtisarı xərcləri təxminən 1 milyard dollar təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, yuxarıda sadalanan amillərdən əlavə, ilin sonunda bankların mənfəətinin azalması inflyasiya ilə mübarizə məqsədilə baza faiz dərəcəsinin artırılmasını dayandıran Federal Ehtiyat Sisteminin (FED) siyasətində dəyişikliklə əlaqəli olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsi QAYDASI dəyişir

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya…

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…