Avropa Parlamentinin (AP) İtaliyadan olan üzvü Canantonio Da Re Avropa İttifaqı (Aİ) daxilində korrupsiyanın artması və üzv dövlətlər arasında korrupsiya nisbətlərindəki böyük fərqlərdən danışıb.

Avropa Parlamentinin deputatı “Avropada korrupsiyanın səviyyəsinin yüksəlməsi” adlı müraciətində qeyd edib ki, Aİ dünyanın digər ölkələri ilə müqayisədə Danimarka və Macarıstan kimi dövlətlər arasında “böyük” fərqlər səbəbindən orta korrupsiya səviyyəsinə malikdir.

Bəzi ölkələr, məsələn, İtaliya dövlət sektorunda şəffaflığın artırılması üçün addımlar atsa da, Avropa üzrə orta göstərici hələ də qənaətbəxş deyil. Avropa ölkələrinin dörddəüçündən çoxunda antikorrupsiya səyləri əngəllənmiş və ya hətta azaldılmış kimi görünür.

Bununla bağlı Da Re Aİ-də korrupsiyaya qarşı mübarizə planları ilə bağlı sualla Avropa Komissiyasına müraciət edib. “Yuxarıdakıları nəzərə alaraq, komissiya Avropada korrupsiyanı azaltmaq üçün hansı addımları atacaq?” – deyə müraciət müəllifi soruşub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsi QAYDASI dəyişir

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya…

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…