®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkilatçılığı ilə keçirilən və texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini yerli bazarda tətbiq etmək üçün geniş şərait yaradan “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına qeydiyyat başlayıb.

6-7 dekabr 2023-cü ildə baş tutacaq beynəlxalq tədbirdə aparıcı məhsul sahibləri, dizaynerlər, data ekspertlər və İT mütəxəssislər bir araya gələcəklər. “Fokusda qalın” şüarı altında keçiriləcək tədbirdə yerli və beynəlxalq mütəxəssislər “DevOps”, “Product Hunt”, “Data” və “Dizayn” istiqamətlərini əhatə edərək, cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşacaqlar.

“Rəqəmsal Zirvələr 2023” konfransı hibrid formatda keçiriləcək və orada həm canlı, həm də “YouTube” sosial şəbəkəsi üzərindən iştirak etmək mümkün olacaq.

Tədbirdə fiziki olaraq iştirak etmək üçün https://digitalheights.az/ veb-saytında qeydiyyatdan keçməyiniz xahiş olunur. Qeydiyyat 30 noyabrda bitəcək.

Xatırladaq ki, “Rəqəmsal Zirvələr” konfransı 2021-ci ildən etibarən keçirilir. “PAŞA Bank” maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…

İtaliya Rusiyanın 2.5 milyardlıq aktivlərini dondurdu

İtaliya Rusiya-Ukrayna müharibəsi başlayandan Rusiyaya məxsus aktivlərin 2.5 milyard dollarlıq hissəsini dondurub. …