Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq”, – deyə o qeyd edib.

M.Cabbarov bildirib ki, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana gələcəklər

Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistana səfər…

Dünyanın əsas fond indeksləri – 16.02.2024

Banker.az 16 fevral 2024-cü il tarixinə dünyanın əsas fond indekslərini təqdim edir:…

Milli Məclisin sədri Yevlax görüşündən gözləntilərini açıqlayıb

“Ümid edirəm ki, bugünkü dialoq erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcək”.…

Hesablama Palatası bu xəstəxanada nöqsanlar aşkarladı

Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata…

Cavid Quliyev: “PAŞA Bank”ın uğurları birbaşa qeyri-neft sektorunun inkişaf tempi ilə bağlıdır”

®2023-cü ildə ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank”ın daha bir 3…