“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.

Banker.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirlib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir: “Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb”.

Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir. Bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.

Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.

Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Ukraynada kartofun topdansatış qiyməti tarixi maksimum həddə çatdı

Ukraynada kartofun topdansatış qiyməti  tarixi maksimuma çatıb. Bu barədə BMT-nin Ərzaq və…

Azərbaycanda gömrük rüsumları üzrə proqnoz artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 475 milyon manatının və yaxud 4,3 %-nin gömrük…

Faktorinq əməliyyatları üzrə ƏDV-ni əvəzləşdirmək mümkün olacaq

Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan…

“Apple”ın 2024-cü ilin birinci rübündə gəliri $119.6 mlrd. təşkil edib

Amerikanın “Apple” şirkəti 2024-cü ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Şirkətin hesabatına…

“Abşeron” yatağından indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı istismara veriləndən indiyədək 453 mln.…