Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib.

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilir

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən…

ABŞ Çin mallarının idxalına rüsumların artırılmasını planlaşdırır

ABŞ bir sıra Çin mallarının, o cümlədən elektron avtomobillərin idxalına gömrük rüsumlarının…

“OPEC+” nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), “OPEC+” monitorinq komitəsi nazirlərinin görüşü, eləcə…

Argentinada prezident və parlament seçkiləri keçiriləcək

Bazar günü Argentinada prezident və parlament seçkiləri keçiriləcək. Ölkə vətəndaşları prezidentlə yanaşı…

2000-dən çox şəxsin məlumatlarını qanunsuz yolla ələ keçirən sığortaçı saxlanılıb

Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları…