Azərbaycanda banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) oktyabrın 4-də 7.60% təşkil edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir. Bu da bu indeks işə düşəndən sonra qeydə alınan maksimal göstəricidir.

Bundan öncəki müqavilə sonuncu dəfə 27 sentyabr tarixində 8%-lik repo faizi təşkil edib.

Birgünlük (1D) repo faizləri sentyabrın əvvəlində 5.18% təşkil etdiyi halda, 27 sentyabr tarixinə 8.4%-ə qədər yüksəlib.

4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 121 582 400  manat,  repo faiz dərəcəsi 4.00%-7.60% təşkil edən bağlanılmış 35 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4.00%, 1W AINAAO (6-8 gün) üzrə 5.37%, 2W AINAAO (13-15 gün) üzrə 5.80% təşkil etmişdir.

Qeyd edək ki, bu bazar iştirakçıları arasında manat faiz dərəcələrində istinad rolunu oynaması üçün Birjanın ticarət platformasında bağlanılmış repo əqdləri üzrə Birja tərəfindən indekslərin hesablanması qaydasını müəyyən edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Laçındakı Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

Laçın şəhərində və rayonun Zabux kəndində 661 ailə məskunlaşıb. Laçında əhalinin dayanıqlı…

Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar…

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi təyin edilib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni təyinat olub. Banker.az xəbər…

Mərkəzi Bank ipoteka müqaviləsinə görə neft şirkətini məhkəməyə verdi

Azərbaycan Mərkəz Bankı “Petroleum Services Group SA ” Şirkətinin Azərbaycandakı filialını məhkəməyə…

Rusiya 31 il sonra bu ölkədə yenidən səfirlik açdı

Rusiya səfirliyi 31 illik fasilədən sonra Uaqaduquda fəaliyyətini bərpa edib. Açılış mərasimində…